Azərbaycan Ruhanilər Məclisi (ARM ) böyük İslam sərkərdəsi general Qasim Süleymaninin şəhadəti münasibətilə əlaqədar başsağlığı verir.
Maide.Az xəbər verir ki, ARM-ın başsağlığında deyilir:
“Bismilləhir-rəhmənir-rəhim”
و مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا
“Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”
“İmam Rahilin və Ali Rəhbərin qorxmaz və cəsarətli döyüşçüsü general Hacı Qasim Süleymaninin və onun həmrəzmi qorxmaz mücahid Əbu Mehdi Əl-Mühəndisin şəhadətini başda İmam Zaman (ə.c.) olmaqla Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə, şəhidlərin yaxınlarına, İran xalqına və bütün İslam övladlarına təbrik və təsliyət deyirik.
Şəhid Qasim Süleymani uzun illərdir ki, ömrünü məntəqədə dinc əhaliyə qənim kəsilmiş, çirkli əllər tərəfindən yaradılmış mənfur İŞİD qruplaşması ilə mübarizəyə və bölgədə müqəddəs məkanların qorunmasına sərf etmişdir. Özü ön cəbhədə əsgərlərlə çiyin-çiyinə döyüşməklə dünya generallarına nümunə olmuşdur. Şəhadəti ilə də dinc müsəlmanlara düşmən kəsilmiş qərəzli və pisniyyətli, üzdə terrorun əleyhinə danışıb, pərdə arxasında terrorçulara dəstək verənlərin həqiqi üzünü aşkara cıxartmışdır.
Terroru qınayırıq. Şəhid Süleymaniyə və onunla birgə şəhid olan əzizlərə Allahdan rəhmət və yaxınlarına səbir diləyirik!”
Azərbaycan Ruhanilər Məclisi (ARM)