IQNA

İsmayıl Həniyyə: General Hacı Qasim Süleymani Qüds şəhididir

15:11 - January 06, 2020
Xəbər sayı: 3486438
Vida mərasiminin davamında Fələstinin HƏMAS təşkilatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə çıxış edərək İran xalqına və İslam İnqilabının rəhbərinə başsağlığı və təsliyət deyib.

İsmayıl Həniyyə: General Hacı Qasim Süleymani Qüds şəhididirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər saatlarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində General-Leytenant Şəhid Qasim Süleymaninin cənazəsi ilə vida mərasimində milyonlarla insan iştirak edib.

Mübarək cənazələri ilə vida mərasimi Tehran universitetinin müsəllasında yerli vaxtla səhər saat 8:00-da Quran tilavəyi ilə başlayıb.

Sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin təsliyət mesajı qiraət edilib. Mərasim məsriyə və rövzəxanlıq ilə davam edib.

Mərasimin davamında SEPAH-ın Qüds qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymaninin qızı xanım Zeynəb Süleymani atasının hədəfləri və ideologiyası barədə söhbət edib.

Vida mərasiminin davamında Fələstinin HƏMAS təşkilatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə çıxış edərək İran xalqına və İslam İnqilabının rəhbərinə başsağlığı və təsliyət deyib.

İsmayıl Həniyyə bildirib ki, biz bu gün burdayıq  müqavimət yolunda  fədakarlıq etmiş bir komandir haqqında öz hisslərimizi bəyan edək. “Bİz elan edirik ABŞ-ın vəhşicəsinə törətdiyi bu cinayət onların cinayətkar ruhlu olmasının göstəricisidir. Onlar  Fələstin torpaqlarında da bu cinayətləri törədirlər.”

Həmas hərəkatınn siyasi bürosunun sədri Tehranda müqavimət şəhidlərilə vidalaşma mərasimində deyib: Müqavimətin öz gücü və davamlılığına görə borclu olduğu əziz bir qardaşı və bir komandanı itirdik.
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri sonra deyib: Mən elan edirəm ki, Fələstin ərazisində müqavimət layihəsi davam edəcək, zəifləməyəcək, geri çəkilməyəcək və bu terror və şəhadətlər yolun davam etdirilməsində bizim israrımız, müqavimətimiz və sabitliyimizə daha da təkan verəcək və biz bu yolu Allah-Taalanın köməkliyi ilə Qüdsün, Fələstinin və regiondakı insanların iradələrinin azad edilməsinədək davam etdirəcəyik.
 O əlavə edib: Bu cinayəti bütün dünyada pislənməli və  cinayəti törədənlər cəzalandırılmalıdır. General Hacı Qasim Süleymani Qüds şəhididir. 

Qeyd edək ki, Şəhid Süleymaninin mübarək bədəni sabah, həftənin ikinci günü, 7 Yanvar 2020-ci il, Kerman şəhərinin “Şəhidlər Gülzarı”nda dəfn ediləcək.

https://iqna.ir/fa/news/3869559

captcha