İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) QÜDS hərbi qüvvələrinin komandiri Şəhid General-Leytenant Qasim Süleymani və başqa bir neçə rütbəli zabit ötən həftənin Cümə günü, 3 Yanvar 2020-ci il, öz silahdaşları ilə Suriyadan İraqa qayıdaraq Bağdad hava limanında təyyarədən eniblər.
Onları İraqın Xalq Könüllüləri Silahlı Qüvvələri (Həşduş-Şəəbi) Qərargahı Rəisinin müavini Əbu Mehdi Mühəndis və silahdaşları qarşılayıblar.
İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) QÜDS hərbi qüvvələrinin komandiri Şəhid General-Leytenant Qasim Süleymani, İraqın Xalq Könüllüləri Silahlı Qüvvələri (Həşduş-Şəəbi) Qərargahı Rəisinin müavini Əbu Mehdi Mühəndis və silahdaşlarının olduğu maşın sionist Amerika rejiminin Küveytdən havaya qaldırdığı MQ-9 zərbəçi PUA-sı tərəfindən terror hücumuna məruz qalır və onlar şəhid edilirlər.
Şəhidlərin cənazəsi Yanvar ayının 4-də İraqın Kazimeyn, Kərbəla və Nəcəf şəhərində xalqın izdihamlı müşayəti ilə hərəmləri ziyarət etdilər. Şəhidlərin mübarək bədənləri Yanvar ayının 5-də İrana yola salındı. İranda şəhidlərin cənazəsini Xuzistanın rəşadətli əhalisi qarşıladı. İzhidamlı vida mərasimi ilə Məşhəd şəhərində yola salındı. Həmin gecə İmam Rzanın (ə) müqəddəs hərəmində şəhidlərə əzadarlıq edildi və şəhidlərin cənazələri əzəmətli bir vida mərasimi ilə dünən (6 Yanvar 2020) Tehrana göndərildi.
Tehran əhalisi Vilayət məktəbinin rəşadətli generalını qarşılama mərasimində yeni tarix yazdılar. Generalın vida mərasiminə beş milyondan çox insan qatıldı.
Şəhidlərin cənazəsinə meyit namazını Dünya Müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları qıldı.
Dünən (6 Yanvar 2020) səhər saat 8:00 radələrində Tehran universitetində başlayan vida mərasimi Azadlıq meydanınadək yürüşlə günün ikinci yarısınadək davam etdi. Şəhidlərin cənazələri axşama yaxın saatlarda müqəddəs Qum şəhərinə yola salındı. Vilayətçi Qum əhalisi şəhidi əzəmətlə qarşıladılar. Şəhidlər Həzrət Məsumənin (ə) hərəmini ziyarət etdikdən sonra bu gün (7 Yanvar) səhər saatlarında doğma vətənləri Kerman şəhərinə yola salınıblar.
İran İslam Respublikasının İslam İnqilabı Keşikçilərinin (SEPAH) Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin və onun şəhid silahdaşı Hüseyn Purcəfərinin cənazəsi hazırda Kerman şəhərindədir.
Kerman əhalisi öz əziz generalı ilə vida mərasimi keçirilib. Şəhərin küçələri Azadlıq meydanından Şəhidlər Xiyabanınadək izdihamlı cəmiyyətlə doludur. Mərasimdə bir milyondan çox insanın iştirak etdiyi ehtimal edilir.
Vida mərasimi səhər saatlarında Qurani-Kərimin tilavəti və İran İslam Respublikasının milli himni ilə başlayıb.
Mərasim Kermanın Cümə namazı xətibinin İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Şəhid Qasim Süleymaninin şəhadəti ilə bağlı ismarıcını oxumasıyla davam edib.
Əhali və Kerman şəhərinin məsulları Şəhdlərin cənazələrin şəhərin hava limanında qarşılayıblar.
Cənazənin təşyi edilməsi mərasimində İran İslam Respublikasının prezidentinin birinci müavini İshaq Cahangiri, SEPAH-ın komandiri, İranın Məsləhət Şurasının katibi Möhsin Rzayi, Ali Məhkəmənin Başçısı Seyid Əhməd Mürtəzəvi, Ali Məhkəmənin rəisinin müavini Əhməd Tuyəskərani və digər yüksək rütbəli məmurlar və zabitlər iştirak edir.
Kermanın Cümə namazı xətibi Höccətul-İslam vəl-müslimin Əlidad Süleymani Azadlıq meydanında çıxış edərək Şəhid Qasim Süleymaninin öz vəsiyyətində dediyi yerdə dəfn ediləcəyəni elan edib.
https://kerman.iqna.ir/fa/news/3869821