IQNA

SEPAH ABŞ-ın İraqdakı bazasını vurdu

9:27 - January 08, 2020
Xəbər sayı: 3486454
Əməliyyat İranın Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymanin və silahdaşlarının Yanvar ayının 3-də Amerika tərəfindən terror edilməsinə cavab olaraq həyata keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (8 Yanvar 2020) səhər saatlarında İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri Amerikanın İraqdakı “Eynul-Əsəd” hərbi bazasına ballestik raketlərlə ağır zərbələr endirib.

Əməliyyat İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymanin və silahdaşlarının Yanvar ayının 3-də Amerika tərəfindən terror edilməsinə cavab olaraq həyata keçirilib.

“Şəhid Süleymani” adlandırılan bu əməliyyat “Ya Zəhra (s)” kod adı ilə başlayıb. Onlarla yer-yer tipli ballestik raket ABŞ hərbi bazasına zərbə vurub.

İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun informasiya şöbəsi bəyanat yayaraq bildirib:

SEPAH-ın cəsur hərbçiləri Şəhid Qasim Süleymani əməliyyatı çərçivəsində Eynul-Əsəd bazasına onlarla yer-yer tipli raket zərbəsi endirib.

Biz öz ərazilərini ABŞ hərbi bazalarının yerləşdirilməsi üçün təqdim etmiş ABŞ-ın bütün müttəfiqlərini xəbərdar edirik ki, əgər istənilən ərazidən İrana cavab zərbəsi endirilsə həmin yer İranın hədəfində olacaq.

Biz heç bir halda sionist İsrail rejimini də cinayətkar ABŞ-dan bu cinayətlərində ayırmırıq.

Həmçinin daha çox itkinin olmaması üçün Amerika xalqını öz hökumətlərindən hərbi bazaları bu regiondan çıxarmağı tələb etməyə çağırırıq.

https://iqna.ir/fa/news/3870122

captcha