IQNA

SEPAH raketləri “şir gözü”nü havaya uçurdu

10:07 - January 08, 2020
Xəbər sayı: 3486456
İraq Amerika tərəfindən işğal edildikdən sonra bu hərbi Amerikalılar üçün baza şəhərə çevirilib. Burada Amerika hərbiçiləri üçün dünyanın ən son texnologiyası ilə təchiz edilmiş xəstəxanası var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdad şəhərinin 160 km. qərbində, əl-Ənbar əyalətinin “Hit” rayonunun “Xan əl-Bağdadi” kəndinin 8 km-də yerləşən “Eynul-Əsəd” (Şir Gözü) hərbi bazasını Amerika 1981-1990-cı illər arasında 280 milyon dollara tikib başa gətirib.

Amerikanın hələ 1975-ci ildən planını hazırladığı bu hərbi baza “Qadisiyyə” adlanmışdı – (Qadisiyyədə İran və Ərəblər arasında tarixi döyüş baş verib). Sonralar isə Amerikalılar buranı “Objective Webster” adı ilə tanıyırdılar. İndi də “Eynul-Əsəd” deyirlər.

50 kvadrat kilomet sahəsi olan bu bazanın 4000 metr uzunluğunda eniş zolağı var. Amerikanın İraqda olan 4 böyük bazasının ən əhəmiyyətlisidir.

İraq Amerika tərəfindən işğal edildikdən sonra bu hərbi Amerikalılar üçün baza şəhərə çevirilib. Burada Amerika hərbiçiləri üçün dünyanın ən son texnologiyası ilə təchiz edilmiş xəstəxanası var.

Bu hərbi bazada ən azı 20 helekopter və 25 qırıcı təyyarə var.

Qeyd edək ki, bu gün (8 Yanvar 2020) səhər saatlarında İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri Amerikanın İraqdakı “Eynul-Əsəd” hərbi bazasına ballestik raketlərlə ağır zərbələr endirib.

Əməliyyat İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymanin və silahdaşlarının Yanvar ayının 3-də Amerika tərəfindən terror edilməsinə cavab olaraq həyata keçirilib.

“Şəhid Süleymani” adlandırılan bu əməliyyat “Ya Zəhra (s)” kod adı ilə başlayıb. Onlarla yer-yer tipli ballestik raketlə ABŞ hərbi bazasına zərbə vurub.

https://iqna.ir/fa/news/3870146

پایگاه عین الأسد کجاست و چه اهمیتی برای آمریکایی‌ها دارد

پایگاه عین الأسد کجاست و چه اهمیتی برای آمریکایی‌ها دارد

captcha