IQNA

Sudanda "Quran təlimləri" adlı beynəlxalq toplantı keçirilir

23:55 - January 10, 2020
Xəbər sayı: 3486476
"Ummul-Qura" universitetinin həmkarlığı ilə Afrika Beynəlxalq Universitetində keçirilən bu konfransda İslam dünyasının alim, araşdırmaçı və mütəfəkkirləri öz elmi məqalələri ilə iştirak edirlər.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə axşamı günü, 9 Yanvar 2020-ci il, Sudanın Xartum şəhərində "Qurani-Kərimdə İlahi təlimlər" adlı beynəlxalq toplantı öz işinə başlayıb.

Məkkə şəhərinin "Ummul-Qura" universitetinin həmkarlığı ilə Xartumun Afrika Beynəlxalq Universitetində keçirilən bu konfransda İslam dünyasının alim, araşdırmaçı və mütəfəkkirləri öz elmi məqalələri ilə iştirak edirlər.   

Konfransın açılış mərasimində Ərəbistanın Xartumdakı səfiri Əli bin Həsən Cəfər və Məkkə şəhərinin "Ummul-Qura" universitetinin Quran elmləri nəzəriyyəçisi Yəhya Zəmzəmi iştirak ediblər.

https://iqna.ir/fa/news/3870493

captcha