IQNA

Ayətullah Xamenei Qətər əmirini qəbul edib:

"Region ölkələri arasında əlaqələr daha da gücləndirilməlidir"

22:37 - January 12, 2020
Xəbər sayı: 3486483
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları Tehranda səfərdə olan Qətər əmiri Tamim bin Hamad Al Tanini görüşə qəbul edib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları bu gün, Bazar günü, 12 Yanvar 2020-ci il, Tehranda səfərdə olan Qətər əmiri Tamim bin Hamad Al Tanini görüşə qəbul edib. 

Bu görüşdə Ayətullah Xamenei bildirib ki, bölgədəki mövcud durum onu göstərir ki, region ölkələri arasında əlaqələr daha da gücləndirilməli və onların əcnəbilərin təsiri altına düşməməsinə daha çox ehtiyac  var.  
“İran İslam Respublikası  dəfələrlə elan edib, şəxsən cənab prezident açıq şəkildə bunu bildirib ki, İran region ölkələri ilə  daha yaxından əməkdaşlıq etməyə hazırdır. Hazırkı şəraitdə bölgədə vəziyyət əlverişsizdir.Bunun səbəbi  ABŞ və onun dostlarının fitnəsidir.  Onlarla yeganə mübarizə yolu  bölgə daxilində əməkdaşlığa söykənməkdir.”
İran və Qətər arasında  siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Ayətullah Xamenei bildirib ki,  iki ölkə arasındakı iqtisadi əlaqələr  siyasi əlaqələr səviyyəsində deyil.  İki ölkə müştərək sahələrdə əməkdaşlıqlarını artırmalıdır.  “Əlbətə bəziləri,  xüsusi ilə dünyanın o başından bölgəyə gələnlər  region ölkələri arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı deyillər.  Lakin bu məsələnin onlara aidiyyatı yoxdur.  Bölgə xalqları və  ölkələri daha bu cür müdaxilələri qəbul etmirlər.” 
Görüşdə  Qətər əmiri Tamim bin Hamad Al Tanini Ali Rəhbər Ayətullah Xamenei ilə görüşündən məmnunluğunu dilə gətirib və bildirib ki,  bölgə ölkələrinin arasında əməkdaşlığın artırılması ilə bağlı buyurduqlarınızla tamamilə razıyıam.  "Düşünürəm  bölgə ölkələri arasında  kompleks danışıqlar aparılmalıdır." 
Qətər əmiri bildirib ki, Tehrandakı danışıqlarda razılaşdıq ki, 3 aydan sonra  iki ölkənin müştərək iqtisadi komissiyasının İranda iclası keçirilsin.  Ümid edirəm  İran və  Qətər arasında iqtisadi əlaqələr siyasi əlaqələr qədər inkişaf edəcək.  
Sonda Qətər əmiri ölkəsinə qarşı sanksiyalar tətbiq olunduğu zaman İranın yardımlarına görə Ali Rəhbərə təşəkkür edib. 
 
 
 
 
 
captcha