IQNA

Nəsrullah: Eynul-Əsədə hücum İranın hərbi gücünün göstəricisidir

22:45 - January 12, 2020
Xəbər sayı: 3486484
HİZBULLAH-ın baş katibi: Amerikanın müqavimət komandanlarını şəhid etməsi cinayətinə cavab bir əməliyyat deyil, uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətinə son qoymalıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, HİZBULLAH təşkilatının (Livan İslami Müqavimət Hərəkatı) baş katibi Seyid Həsən Nəsrullah bu gün (12 Yanvar 2020) Şəhid General Qasim Süleymani və onun silahdaşlarının anım mərasimində etdiyi çıxışında deyib: Hacı Qasim sadəcə özü, ailəsi və ya hətta İslam Respublikasını təmsil etmirdi, o regionda bizim ən yaxşı bayraqdarımız idi.

Seyid Nəsrullah əlavə edib: General Süleymani 2000-ci ildə Livan torpaqlarının azad edilməsində də  mühüm rol ifa etmişdi. İranın bərəkətindəndir ki, bu gün Livan müqaviməti İslam düşmənləri üçün ciddi təhdidə çevrilib. 

Seyid Həsən Nəsrullah deyib: İranda, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində şəhidlərlə vidalaşma mərasimlərində xalqın milyonluq iştirakını hamı gördü. Hacı Qasimin təşyi mərasimində dünya nə gördü; İmam ilə vidalaşma mərasimi kimi böyük və misilsiz idi. 

Nəsrullah deyib: Hacı Qasimin şəhadətinin ən önəmli mənalarından biri budur ki, Amerikanın həqiqi siması bir daha xalqlarımız və dövlətlərimiz üçün aşkar oldu. Amerikanın son illər ərzində özünü stabilliyin təzminatçısı kimi təqdim etmək cəhdlərinin əksi sübut olundu. 

ABŞ-ın İraqdakı hərbi bazalarına İran tərəfindən endirilmiş dəqiq raket zərbələri mesaj verdi ki, Amerikanın Qərbi Asiyadakı bütün hədəfləri İranın raketlərinin çata biləcəyi əhatədədir.

Livan Hizbullahının baş katibi deyib: Müqavimət komandanlarının şəhadəti ilə nəticələnən Amerikanın cinayətinin nəticəsi bir əməliyyat ola bilməz. Bu uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətlərinə son qoymalıdır. İranın raket hücumu və Eynül-Əsəddə baş verənlər Hacı Qasimin terroruna cavab deyil, bir şillə idi. 

"Bu gün müasir dünyada ən qəddar cinayətkar ABŞ-dır. Hətta regionda qanlı cinayətlər törədən İsrail rejimi də bu cinayətlərini ABŞ-ın qoruması altında həyata keçirir. İŞİD də regionda xaos və vandallıq törətməklə yenidən ABŞ Silahlı Qüvvələrini bu regiona cəlb etmək istəyirdi. Əziz şəhidimizin qətlə yetirilməsinin ən vacib nəticələrindən biri bu oldu ki, bu sui-qəsd Amerikanın real təbiətini göstərmiş oldu. General Süleymaninin qətli ABŞ-ın regiondan tamamilə qovulması ilə nəticələnməlidir", - deyə Nəsrullah əlavə edib.
Hizbullah baş katibi həmçinin ABŞ prezidentinin İraq xalqı qarşısında qoyduğu şərtə də münasibət bildirib: "Tramp İraq xalqı qarşısında iki variant qoydu: ya onlar gedirlər və İraqın sərvətini özləri ilə aparırlar, ya da qalırlar və onların neftini özlərində saxlayırlar. Zaman göstərəcək ki, general Süleymaninin qətlindən sonra artıq heç bir belə hegemonluq keçməyəcək".

https://iqna.ir/fa/news/3871080

captcha