IQNA

İslami Müqavimət Hərəkatı rəhbərləri görüşdülər

23:25 - January 13, 2020
Xəbər sayı: 3486492
İraqın İslami Müqavimət Hərəkatı Təşkilatlarının liderləri bu gün (Bazar Ertəsi, 13 Yanvar 2020) İran İslam Respublikasının Qum şəhərində toplantı keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın İslami Müqavimət Hərəkatı Təşkilatlarının liderləri bu gün (Bazar Ertəsi, 13 Yanvar 2020) İran İslam Respublikasının Qum şəhərində toplantı keçiriblər.

Toplantıda İraqın HİZBULLAH taborlarının baş katibi Seyid Müqtəda Sədr, NÜCƏBA İslam Müqaviməti Hərəkatının baş katibi, Əsaibu Əhlil-Həqq Təşkilatının rəhbəri və Həşduş-Şəəbi Təşkilatının digər qruplarının rəhbərləri iştirak ediblər.

Bu iclasda region böhranı, son hadisələr, İraqın təhlükəsizlik məsələsi, müqavimət güclərinin müştərək fəaliyyəti və Amerikanın İraq torpağında işğalçılıq etməsi kimi mühüm məsələlər müzakirə edilib.

https://iqna.ir/fa/news/3871344

captcha