IQNA

Facebook şəhid general Süleymani ilə əlaqəli yazıları silib

23:28 - January 13, 2020
Xəbər sayı: 3486493
Facebook şirkəti yanvarın 10-nu, ABŞ-ın İrana qarşı sanksiyalarına, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu və komandirləri ilə əlaqəli sanksiyaları dəsləkləməsi haqda mövqeyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Facebook şirkəti yanvarın 10-nu, ABŞ-ın İrana qarşı sanksiyalarına, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu və komandirləri ilə əlaqəli sanksiyaları dəsləkləməsi haqda mövqeyini elan edib.

"Deyerler.org"un iqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, Facebook, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara riayət olunması üçün, şəhid general-leytenant Qasim Süleymani ilə əlaqəli internet ünvanları və materialları silir.

Şirkət, ABŞ-ın sanksiya siyahısında olan şəxslər və ya təşkilatlar tərəfindən idarə edilən bütün istifadəçi ünvanları və ya dəstəklədiyi hər hansı bir məzmunu silir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Qasim Süleymaninin şəhid olması ilə bağlı, foto və materialların yayımlanması ilə əlaqədar, şəxsi və ya təşkilatlara məxsus səhifələr Instaqramdan çıxardıb.

https://iqna.ir/fa/news/3870747

captcha