IQNA

Yanvar ayının 24-də ABŞ əleyhinə kütləvi yürüşlər keçiriləcək

9:49 - January 16, 2020
Xəbər sayı: 3486508
İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədrin xalqı yadelli işğalçılara qarşı milyonluq yürüşə dəvət etməsinin ardınca İraq parlamenti bu yürüşün tarixini açıqlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədrin xalqı yadelli işğalçılara qarşı milyonluq yürüşə dəvət etməsinin ardınca İraq parlamenti bu yürüşün tarixini açıqlayıb.

İraq parlamentinin nümayəndəsi Aliyə Nəsif Casim Übeydi mətbuat konfransında işğalçıların İraq xalqı üçün böyük problemlər yaratdığını vurğulayaraq deyib: İraq xalqının müstəqillik və azadlıq uğurunda iradəsini göstərəcək kütləvi yürüş Yanvar ayının 24-də keçiriləcək.

O əlavə edib: Qəhrəman İraq xalqı bu yürüşdə dünyanın ən gözəl milyonluq təsvirini canlandıracaqlar. Amerika silahlı qüvvələrinin İraqdakı cinayətlərin cana doymuş xalq öz vəhdəti ilə buna birdəfəlik son verəcək. Çünki İraq xalqının iradəsi əxlaqsız Amerikanın və şərəfsiz müttəfiqlərinin işğalçı qoşunundan daha güclüdür.

İraq parlamentinin nümayəndəsi Aliyə Nəsif Casim Übeydi vurğulayıb: İşğalçılar qarşısında şərəflə və qəhrəmancasına mübarizədə tutduğumuz bu mövqe ki, tezliklə xalqın milyonluq yürüşləri bunu dünyaya göstərəcək, böyük fədəkarlıq göstərən şəhidlərimizə və xalqımıza mübarək olsun.

Qeyd edək ki, cari həftənin Çərşənbə axşamı günü İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədr xalqı işğalçılar əleyhinə milyonluq yürüşlərə dəvət etmişdi. İraqın Fəth, Əsaibu Əhlil-Həqq, İraq Hizbullah Taborları və Nücbə hərəkatları da bu dəvəti dəstəkləmişdilər.

https://iqna.ir/fa/news/3871776  

captcha