IQNA

HƏMAS: Şəhid Süleymani müqavimətin əsas dəstək mehvəri idi

22:57 - January 16, 2020
Xəbər sayı: 3486510
Fələstinin İslami Müqavimət güclərindən olan HƏMAS təşkilatının siyasi ofisinin üzvü Xəlil Həyyə vurğuladı: Biz heç vaxt Fələstini himayə edənləri və dəstəkləyənləri unutmayacayıq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin İslami Müqavimət güclərindən olan HƏMAS təşkilatının siyasi ofisinin üzvü Xəlil Həyyə bu gün (16 Yanvar 2020) mətbuat konfransında SEPAH təşkilatının Qüds ordusunun komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin Fələstinə göstərdiyi köməkləri önə çəkdi və İran İslam Respublikasını "müqavimətin sərhədsiz dəstəkçisi" hesab edərək dedi: Şəhid Süleymani İran İslam Respublikasının Fələstin müqavimətini himayə etməsində əsas mehvər idi.

Fələstinin İslami Müqavimət güclərindən olan HƏMAS təşkilatının siyasi ofisinin üzvü Xəlil Həyyə vurğuladı: Biz heç vaxt Fələstini himayə edənləri və dəstəkləyənləri unutmayacayıq.

O, HƏMAS təşkilatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhidin dəfn mərasimində Tehran səfərinə işarə edərək dedi: İsmayıl Həniyyənin Tehrana səfəri Fələstin müqavimətinə dəstək olan şəxsə vəfdarlığını elan etmək üçün idi.

Xəlil Həyyə əlavə olaraq dedi: Fələstin xalqı ona kömək edənləri unudacaq bir millət deyil. Süleymani Fələstini sevirdi. Və inanırdı ki, Fələstin və Qüds işğalçı İsrail rejiminin caynağından azad olunmalıdır.

https://iqna.ir/fa/news/3872133/

captcha