IQNA

23:02 - January 18, 2020
Xəbər sayı: 3486517
Fransanın sabiq təhsil naziri xanım Nicat Falu Bulqasim bu ölkənin məktəb dərsləri proqramında Quran maarifinin də yerləşdirilməsi təklifi ilə çıxış edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın sabiq təhsil naziri xanım Nicat Falu Bulqasim bu ölkənin məktəb dərsləri proqramında Quran maarifinin də yerləşdirilməsi təklifi ilə çıxış edib.

Mərakeş əsilli təhsil naziri "RTL" televiziya kanalı ilə müsahibəsində elan edib: Fransalıların uşaq yaşlarında ikən Quran maarifi və prinsipləri tanış olması zəruridir.

O əlavə edib: Çox sayda müsəlmanın yaşadığı Fransa kimi bir ölkədə İslam dini ilə düşmənçilik və anti-İslam mövqelərin sərgilənməsi həqiqətən də təəccübləndiricidir.   

Fransanın sabiq təhsil naziri xanım Nicat Falu Bulqasim Fransada hicab qadağasının ləğv edilməsini istəyərək vurğuladı: Hicab insanın dini və şəxsi azadlığı olduğu halda buna qarşı demokratik sayılan bir ölkədə qanun çıxarılır.

O əlavə edib: Hansısa qızın baş örtüsü və ya geyiminin rəngi və uzunluğuna görə məktəbdə təhsil almaqdan məhrum edilməsi doğru iş deyil. İslam dini demokratik prinsiplərə xristianlıqdan daha çox uyğundur.  

https://iqna.ir/fa/news/3872278

Teqlər: İQNA ، hicab ، fransa
Ad:
E-poçt:
* Comment: