IQNA

İraqda vəziyyət gərgindir, bəzi şəhərlərdə sabitlik yenidən pozulur

22:19 - January 19, 2020
Xəbər sayı: 3486523
İraqdan gələn son xəbərlərdə deyilir ki, Kürdüstan iqlimindən xarici qüvvələrin çıxarılması məsələsində İraqın mərkəzi dövləti qərar verəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqdan gələn son xəbərlərdə deyilir ki, Kürdüstan iqlimindən xarici qüvvələrin çıxarılması məsələsində İraqın mərkəzi dövləti qərar verəcək.

Bu barədə Kürdüstanın Demokrat partiyasının üzvü Mehdi Əbdülkərim məlumat verib. Partiyanın sədri Məsud Barzani isə mərkəzi dövlətin ölkənin qorunması yönündə bütün qərarlarını dəstəkləyəcəyini bildirib.

Kürdüstan iqliminin rəisi Niçiravan Barzani isə Cümə günü İraq parlamentini xarici qüvvələrin ölkədən çıxarılmasında kürdlər və sünnilər ilə məsləhətləşməməsinə etiraz edib və bunu yaxşı qərar hesab etməyib.

İraqda sabitlik yenidən pozulur və iğtişaşlar başlayıb

Bu barədə yayılan məlumatlara əsasən İraqın Bağdad şəhərində iğtişaşlar baş verib.

Bağdadda etirazçılardan səkkiz nəfəri iğtişaşçıların yaratdığı qarışıqlıqda yaralanıb.

Bağdadın ət-Təhrir və ət-Teyran meydanlarında iğtişaşlar baş verib. İğtişaşçılar təkərləri yandırıblar və yolu bağlayıblar.

Təhlükəsizlik qüvvələri ilə iğtişaşçılar arasında qarşıdurma baş verib.

Polis qüvvələri gözyaşardıcı qazlardan istifadə ediblər.

Divaniyyə əyalətində təhlükəsizlik qüvvələri fövqəladə iş rejiminə keçib.

əl-Müsənna əyalətində tələbələr universitetin əsas giriş qapılarını bağlayıblar və aksiya keçiriblər.

Vasit əyalətində iğtişaşçılar dövlət idarələrinin və müxtəlif qrumların qapılarını, yolları və körpüləri bağlayıblar. Vasit şəhərində insanların hərəkəti çətinləşib.

Zi-Qar vilayətinin Nasiriyyə şəhərində də vəziyyət gərgindir və iğtişaşçılar sabitliyi pozurlar. Yollar bağlanıb, məktəb və dölvət idarələri tətil edilib.  

Nəcəf şəhərində İğtişaşçılar küçələri və əsas yolları bağlayıblar. İdarə işçiləri və məktəblilər evdən çölə çıxa bilməyiblər. Naməlum şəxslər günün sonunda partiyalardan birinin ofisini yandırıblar.

Fəlucə şəhərində isə İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularının təhlükəsizlik məsulunu və bir neçə komandir və üzvünü həbs ediblər.

https://iqna.ir/fa/news/3872650/

Teqlər: iqna ، İraq ، iğtişaş
captcha