IQNA

21:49 - January 21, 2020
Xəbər sayı: 3486538
İraqın Mosul şəhərindəki qədim və tarixi "ən-Nuri" came məscidinin və bu məscidin tarixi "əl-Hədab" minarəsinin təmirinin ilkin mərhələsi başa çatıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mosul şəhərindəki qədim və tarixi "ən-Nuri" came məscidinin və bu məscidin tarixi "əl-Hədab" minarəsinin təmirinin ilkin mərhələsi başa çatıb.

Bu barədə məscidin təmirini öhdəsinə götürmüş UNESCO (BMT-nin mədəniyyət, elm və təhsil təşkilatı) ötən gün (20 Yanvar 2020) məlumat verib.

İŞİD terrorçularının 2017-ci ildə dağıtdığı bu məscidin günbəzi və minarələri təmirin ilk mərhələsində yerinə bərkidilib.

2019-cu ilin Oktyabr ayında məscidin təmirinə başlanıb. İlk mərhələdə məscidin ətrafında basdırılmış minalar təmizlənib. Daha sonra məscidin ətrafındakı və daxilindəki dağıntı qalıqları daşınıb.

Qeyd edək ki, 840 il tarixi olan bu məsciddən geri qalan təkcə günbəz və minarəli oldu. Məscidin minarələrinin hündürlüyü 45 metrdir.

İŞİD terrorçularının xəlifəsi Əbu Bəkr Bağdadi ilk dəfə 2014-cü ildə bu məscidə öz xəlifəliyini elan etmişdi. Üç ildən sonra məğlub olan terrorçular "xilafət" məscidini dağıtmışdılar.    

https://iqna.ir/fa/news/3873093

پایان مرحله نخست بازسازی مسجد جامع موصل
پایان مرحله نخست بازسازی مسجد جامع موصل
پایان مرحله نخست بازسازی مسجد جامع موصل
پایان مرحله نخست بازسازی مسجد جامع موصل
پایان مرحله نخست بازسازی مسجد جامع موصل
Ad:
E-poçt:
* Comment: