IQNA

İAİŞ: Amerikalıların çıxarılması üçün aksiyalar davam edəcək

23:43 - January 22, 2020
Xəbər sayı: 3486543
İraq Ali İslam Şurası (İAİŞ) Amerika koalisiyasının silahlı qüvvələri İraqdan tam çıxarılanadək nümayiş və aksiyaların davam edəcəyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq Ali İslam Şurası (İAİŞ) Amerika koalisiyasının silahlı qüvvələri İraqdan tam çıxarılanadək nümayiş və aksiyaların davam edəcəyini elan edib.

İraq Ali İslam Şurası (İAİŞ) Amerika koalisiyasının silahlı qüvvələrinin İraqdan çıxarılması üçün ümummilli aksiyaların təkcə bu Cümə günü keçirilən yürüşlər ilə sonlanmayacağını və xarici qüvvələrin İraqdan tam çıxanadək davam edəcəyini vurğulayıb.

İraq Ali İslam Şurası üzvü Əhməd Əbdülcəbbar mətbuatda bildirib: Cümə günü xarici qoşunların çıxarılması üçün keçiriləcək ümumi aksiyaların ardınca İraq xalqı bu aksiyaları ümumi tətillər ilə davam edəcək.

O əlavə edib: Cümə günü keçiriləcək aksiya və yürüşlərdə əsas şüarımız "Kəlla, kəlla Amerika" və "Kəlla, kəlla, İsrail" (Amerika və İsrailə yox) olacaq.

Qeyd edək ki, həftənin Cümə günü (24 Yanvar 2020) İraq xalqı xarici silahlı qüvvələrin İraqdan çıxarılması üçün ümumi yürüşlər keçirəcək.  

https://iqna.ir/fa/news/3873503

captcha