IQNA

Fələstin müqavimət qrupları Fələstinin hər yerində qəzəb günü keçirəcək

8:36 - January 29, 2020
Xəbər sayı: 3486579
Fəth hərəkatının Qəzzadakı ofisində ABŞ-ın "Əsrin müqaviləsi" planına qarşı mübarizə üçün kütləvi və əhatəli tədbirlər mövzusunun müzakirə edildiyi fövqəladə toplantıda bu barədə qərar qəbul edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin İslami və Milli Müqavimət Qüvvələri Təqib Komissiyası ABŞ-ın prezidenti Trampın “Əsrin müqaviləsi” planının icrasının rəsmi elan edilməsinin ardınca Fələstində bütün şəhərlərdə qəzəb günləri olmasını və Fələstin xalqının küçələrə, meydanlara çıxaraq nümayişlər və mitinqlər keçirməsini istəyib.

Bu müraciət komissiyanın Fəth hərəkatının Qəzzadakı ofisində ABŞ-ın elan etdiyi "Əsrin müqaviləsi" planına qarşı mübarizə üçün kütləvi və əhatəli tədbirlər mövzusunun müzakirə edildiyi fövqəladə toplantıdan sonra edilib.

Fəth təşkilatının liderlərindən İmad Əl-Ağa toplantıya qatılan qrupların adından verdiyi bəyanatda bunları qeyd edib:

“Trampın planı xalqımıza və mübarizəmizə qarşı qurulan ABŞ planlarının halqalarından biridir. Burada Fələstin xalqı içində bu planın rədd edilməsi mövzusunda ittifaq vardır. Bu plana qarşı, onu etibarsız edənə qədər bütün yollarla mübarizə etməkdə israrlıyıq”.

O, Fələstin xalqının milli hüquqlarının heç birindən imtina etməyəcəyini, gələcəyini təyin etmə, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmaq və qaçqınların vətənlərinə dönmələri mövzusunda israrlı olduğunu qeyd edib.

İmad Əl-Ağa ABŞ-ın bu planı açıqlamaqla, eyni zamanda Fələstin xalqına düşmənliyini da elan etmiş olduğunu vurğulayıb.

Bu müraciətin ardınca Fələstin xalqı dünən (28 Yanvar 2020) Qəzza zolağında bu layihənin əleyhinə etiraz yürüşləri keçiriblər. Onlar netanyahu və trampın fotolarını yandırıblar.

Yürüşlər bu gün də xalqın və müqavimət dəstələrinin, o cümlədən HƏMAS, Fəth, Fələstin Azadlıq Təşkilatının iştirakı ilə davam edəcək.   

https://iqna.ir/fa/news/3875006

 

captcha