İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ rəhbərliyi İranın Atom Enerjisi Təşkilatı və onun sədri Əli Əkbər Salehi sanksiya siyahısına daxil edib.
ABŞ-ın Xəzinə Nazirliyinin yazılı açıqlamasına görə, Vaşinqton rəhbərliyi İranın Atom Enerjisi Təşkilatına və rəhbəri Əli Əkbər Salehiyə qarşı sanksiya tətbiq edib.
Digər tərəfdən, ABŞ mətbuatına danışan bəzi mənbələr, Rusiya, Çin və Avropadakı bəzi şirkətlərin bu sanksiyalardan azad olacağını bildirib.
Xəzinə Nazirliyinin mövzuya bağlı yaxın saatlarda daha bir açıqlama verməsi gözlənilir.