IQNA

7:21 - February 01, 2020
Xəbər sayı: 3486601
Ötən il BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində Quran hifzi mədrəsələrində 3 mindən çox şagird ad yazdırıb. Bu barədə Dubayın "Ümmü Məktum" Quran hifzi mərkəzi məlumat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən il (2019) BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində Quran hifzi mədrəsələrində 3 mindən çox şagird ad yazdırıb.

Bu barədə Dubayın Xeyriyyəçilik fəaliyyətləri və İslami işlər idarəsinin nəzdində fəaliyyət göstərən "Ümmü Məktum" Quran hifzi mərkəzi məlumat yayıb.

Dubayın Quran hifzi mədrəsə və mərkəzlərində Quran hifzi təlimlərinə ad yazdıran şagirdlərin 70 faizi qızlar olub.

Hesabatda deyilir ki, ötən il ərzində Dubayda 201 Quran dərnəyi açılıb və bu dərnəylərdə 189 müəllim tədris edib.

Dubaydan əlavə Hətta və Dirə şəhərlərində də Quran hifzi kursları təşkil edilib.

Quran kurslarında ad yazdıranların 74 faizi bu təlimlərdə iştirak edib.

https://iqna.ir/fa/news/3874770

Ad:
E-poçt:
* Comment: