IQNA

Almaniyada irqçiliklə mübarizə həftəsi keçiriləcək

8:53 - February 01, 2020
Xəbər sayı: 3486606
Almaniya İslam cəmiyyətləri müxtəlif dinlərin nümayəndələri, Almaniyanın məşhur ictimai simaları və vətəndaşlarını ölkənin məscidləri və İslam mərkəzlərinin proqramlarında iştirak etmək üçün dəvət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada cari ilin Mart ayının 16-dan 29-dək irqçilik ilə beynəlxalq mübarizə həftəsi keçiriləcək.

Almaniya İslam cəmiyyətləri müxtəlif dinlərin nümayəndələri, Almaniyanın məşhur ictimai simaları və vətəndaşlarını ölkənin məscidləri və İslam mərkəzlərinin proqramlarında iştirak etmək üçün dəvət ediblər.

İrqçilik ilə mübarizə həftəsində Almaniyanın 1700-dən çox məscidinin camaat imamları həftə proqramları çərçivəsində və Cümə namazlarının xütbələrində irqçilik mövzusunda çıxış edəcəklər.

Hər il keçirilən "irqçilik ilə beynəlxalq mübarizə həftəsi" çərçivəsində müxtəlif dinlərin nümayəndələri məscidlərə və İslam mərkəzlərinə gəlir və bu mövzuda dialoqlara qatılırlar.

Müsəlman cəmiyyətlərin nümayəndələri də digər dinlərin nümayəndələrinin kilsə, sinaqoq və məbədlərdə təşkil etdiyi proqramlara qatılırlar.

Almaniyanın protestant cəmiyyəti müxtəlif dinlərin nümayəndələrini Mart ayının 22-də "irqçiliklə mübarizə həftəsi" çərçivəsində hazırlanmış proqrama dəvət edib. Proqram İncil kilsəsində keçiriləcək. Proqramda kilsənin baş keşişi, müsəlmanlar şurasının rəisi və yəhudi bilriyinin sədri çıxış edəcəklər.   

https://iqna.ir/fa/news/3875278

captcha