IQNA

11:32 - February 03, 2020
Xəbər sayı: 3486615
Səudiyyə Ərəbistanı İran İslam Respublikasının bu ölkənin Ciddə şəhərində "əsrin müqaviləsi" layihəsi ilə bağlı keçiriləcək İƏT-in fövqəladə konfransında iştirak etməsini ənbəlləyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı İran nümayəndə heyətinə İslam Əməkdaşlıq Təşkilatının XİN başçılarının ABŞ-ın “Yüz ilin planı”nını müzakirəsi ilə bağlı çağırdı fövqəladə iclasda iştirak etmək üçün vaxtında viza verməyib.  

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi öz tvitter səhifəsində yazaraq Səudiyyə Ərəbistanının bu diplomatik ədəbsizliyini pisləyib. 

“İran nümayəndə heyətinin səfəri ləğv olunub. Buna səbəb Səudiyyə Ərəbistanı hökumətinin  İranlı nümayəndə heyətinə  İƏT-in  Ciddə şəhərində keçiriləcək iclasda iştirak etmək üçün vizanı gecikdirməsidir. Səudiyyə hökuməti  gün ərzində viza verilməsini yubatdı və gecə çox gec bir vaxtda viza verə biləcəyini açıqladı. Bu isə  nümayəndə heyətinin əməldə bu gün səhərki iclasda iştirak etməsini imkansız edirdi. Bu səbəbdən səfər ləğv olundu".

Qeyd edək ki, bu gün (03 Fevral 2020) keçirilən bu iclasda Türkiyənin nümayəndə heyəti və xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edir. 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində  fövqəladə iclas çağırıb. Bu gün səhər  keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və   ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də  BƏƏ və Bəhreynlə birlikdə  ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyir.

https://iqna.ir/fa/news/3876038

Ad:
E-poçt:
* Comment: