IQNA

9:21 - February 05, 2020
Xəbər sayı: 3486628
Sudanın keçid dövlətinin ali şurasının sədri Əbdülfəttah əl-Bürhan da sionist rejimindən Amerikanın Sudanı terrorist siyahınsan çıxarması və sanksiyaların qaldırılması üçün vasitəçilik etməsini istəyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) səyləri nəticəsində uşaq qatili, işğalçı, sionist və terrorçu İsrail rejiminin baş naziri Binyamin Netanyahu Sudanın müvəqqəti hökümətində Ali Keçid Şurasının rəisi Əbdülfəttah əl-Bürhan ilə Uqandanın paytaxtı Kampala da görüşüblər və əlaqələrin adiləşdirilməsi və müştərək həmkarlıqlar barədə razılaşıblar.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) sionist və terrorçu İsrail rejiminin Sudanla əlaqələrinin adiləşdirilməsi barədə davamlı çalışmasını Sudan rəsmiləri də təsdiqləyiblər.

Bu iki saatlıq görüşdə sionist rejiminin baş naziri Netanyahu Sudanın keçid dövlətinin ali şurasının sədrindən bu ölkənin hava sərhədlərini Latın Amerikasından işğal edilmə Fələstin torpaqlarına üçün sionist təyyarələri üçün açmasını istəyib.

Sudanın keçid dövlətinin ali şurasının sədri Əbdülfəttah əl-Bürhan da sionist rejimindən Amerikanın Sudanı terrorist siyahınsan çıxarması və sanksiyaların qaldırılması üçün vasitəçilik etməsini istəyib.

Fələstin, Ənsarullah və digər müsəlman müqavimət gücləri Sudanın bu addımını məhkum ediblər.  

BƏƏ koalisiyasının "əsrin müqaviləsi" layihəsinin elan edildiyi bir həftədə terrorist rejim ilə Sudan arasında əlaqələrin sadələşdirilməsinə çalışması və Sudanın bu addımı atması Fələstin, Ənsarullah və digər müsəlman müqavimət gücləri tərəfindən məhkum edilib.

Qeyd edək ki, Sudan dövlətinin sözçüsü Feysəl Saleh bəyaniyyə yayaraq Ali Şuranın sədrinin sionist rejiminin baş naziri ilə görüşməsini müvəqqəti keçid dövlət kabineti ilə razılaşdırılmadığını elan edib və qayıdarkən əl-Bürhandan bu barədə izahat verməsini istəyəcəklərinin bildirib.

https://iqna.ir/fa/news/3876400

Ad:
E-poçt:
* Comment: