IQNA

12:31 - February 05, 2020
Xəbər sayı: 3486631
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın ABŞ Konqresindəki “Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pelosi Trampın Konqresdəki çıxışından sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresindəki “Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

Tramp çıxışının bir nüsxəsini nitqindən bir neçə dəqiqə əvvəl Pelosiyə təhvil verib.

Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmayıb və geri çevrilərək tribunadakı yerini tutub. Öz növbəsində Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərək, quru şəkildə deyib: “Konqres üzvləri, ABŞ Prezidenti”. Tramp da bunun cavabında “prezidenti təmsil etməyin böyük şərəf və imtiyaz” olmasını ifadə edən ənənəvi sözləri işlətməyib.

Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında olan Pelosi sənədləri masadan götürərək cırıb.

“Mümkün alternativləri nəzərə alsaq, bu, yerinədüşən oldu”, - deyə N. Pelosi sonradan jurnalistlərə hərəkətlərinin səbəbini izah edərkən bildirib.

https://iqna.ir/fa/news/3876656

Ad:
E-poçt:
* Comment: