IQNA

20:31 - February 07, 2020
Xəbər sayı: 3486643
Sərikbay Kaji Uraz istefasını səhhətinin və sağlamlığının bu iş üçün əlverişli olmaması və xəstəliyi ilə əlaqələndirib. O, Qazaxıstanın Din İşlər İdarəsinin 9-cu iclasında öz istefanəməsini təqdim edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın baş müftisi Sərikbay Kaji Uraz tutduğu vəzifədən istefa verib.

Qazaxıstanın baş müftisi Sərikbay Kaji Uraz istefasını səhhətinin və sağlamlığının bu iş üçün əlverişli olmaması və xəstəliyi ilə əlaqələndirib.

O, Qazaxıstanın Din İşlər İdarəsinin 9-cu iclasında öz istefanəməsini təqdim edib.

Sərikbay Kaji Uraz 2017-ci ildən Qazaxıstanın Dini İşlər İdarəsinin rəsisi və bu ölkənin baş müftisi vəzifəsində çalışırdı.

Qazaxıstanın Dini İşlər İdarəsinin yeni rəisi və ölkənin baş müftisi vəzifəsinə Novruzbey Kaji seçilib.  

https://iqna.ir/fa/news/3877098

Ad:
E-poçt:
* Comment: