IQNA

11:32 - February 11, 2020
Xəbər sayı: 3486665
Pentaqon İranın raket zərbələri nəticəsində yaralanan ABŞ hərbçilərinin sayının artdığını açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pentaqon İranın raket zərbələri nəticəsində yaralanan ABŞ hərbçilərinin sayının artdığını açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Bu gün üçün olan vəziyyətə görə 109 ABŞ hərbçisində "yüngül" kontuziya diaqnozu qoyulub, bu rəqəmlər, ötən hesabatla müqayisədə 45 nəfər daha çoxdur".
Bildilir ki, onlardan 76 nəfər artıq vəzifələrinin icrasına qayıdıblar. Almaniyaya daha dəqiq müayinə üçün ümumilkdə 27 nəfər göndərilib, onlardan 21-i artıq ABŞ-a qayıdıb.
Qeyd edək  ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə yanvar ayının 8-də ABŞ  bazalarına raket zərbələri endirib.  Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib. 
Sepah elan edib ki, bu hücum  şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir. 
Hücumdan sonra ABŞ prezidenti Donald Tramp İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını demişdi. Lakin sonradan ABŞ rəsmiləri dəfələrlə hücum nəticəsində yaralanan şəxslərin olduğuna etiraf və onların saylarının artıdığını bildiriblər. 
ilk öncə xəsarət alanların 11 nəfər, bir az sonra 34 nəfər, daha sonra 50 nəfər və daha sonra 64 nəfərə qədər artdığını bildirdilər. Dünən isə bu sayın 109 nəfərə qalxdığını bildiriblər.

 

Ad:
E-poçt:
* Comment: