IQNA

İraqın Hizbullah briqadaları: ʿİşğalçı ABŞ-ı İraqdan qovacağıqʾ

21:54 - February 13, 2020
Xəbər sayı: 3486671
İraqın Hizbullah briqadaları müqavimətin şəhidləri Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisə qarşı terror aktına cavab vermək və ABŞ qoşunlarının İraqdan qovulmasının öz hüquqları olduğunu vurğulayıb.
İraqın Hizbullah briqadalarının sözçüsü Muhəmməd Muhyi bəyanatında belə qeyd edib: “Bağdad aeroportu ətrafında Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisə qarşı terror hücumu və Əl-Həşduş Şəbi Qüvvələrinə qarşı hücumlara görə ABŞ-a cavab vermək və ABŞ-ı İraqdan çıxarmaq haqqımızı gizli saxlamışıq”.
 
Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymani və Əl-Həşduş Şəbi komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin 40-cı günündə, İraq parlamenti ABŞ-ın işğalçı qüvvələrini İraqdan çıxarılması üçün qərar verməli və Bağdaddakı ABŞ səfirliyinin vəziyyətini yenidən nəzərdən keçirməli və Bağdad ilə Vaşinqton arasında strateji müqavilələri ləğv etməlidir.
 
ABŞ İraqda saxta bəhanələrlə cinayət törətdi və İraqda nümayiş prosesinə qarşı planları uğursuz oldu. İraqda hamı bir olmalıdır, çünki Müqaviməti gücləndirmək üçün kritik bir mərhələ ilə qarşılaşır”.
captcha