IQNA

Müsəlman xanım Afrika ölkəsində məscid tikdirəcək

22:05 - February 13, 2020
Xəbər sayı: 3486673
2003-cü ildən etibarən BƏƏ-də, ölümcül xəstə olan uşaqların arzularını yerinə yetirən "Make-A-Wish Foundation" beynəlxalq xeyriyyə fondu fəaliyyət göstərir.
2003-cü ildən etibarən BƏƏ-də, ölümcül xəstə olan uşaqların arzularını yerinə yetirən "Make-A-Wish Foundation" beynəlxalq xeyriyyə fondu fəaliyyət göstərir.
Yaxın günlərdə fondun 2003-cü ildə qurulduğu gündən etibarən 4000-ci istəyi yerinə yetirdiyi məlum oldu.
Bu dəfə ağır şəkərli diabetdən əziyyət çəkən 15 yaşlı qız Ravdanın istəyi gerçəkləşib. Gənc müsəlman xanım arzusu Afrikada məscid tikmək idi.
Qızın istəyi ilə Uqanda Respublikasında bir müsəlman ibadətxanası tikiləcək və bu məsciddə 500-dən çox kişi və qadın ibadət edə biləcək. BƏƏ-dəki "Make-A-Wish Foundation" fondunun baş direktoru Hani Əl Zubaidi, 4000-ci yubiley arzusunun bir humanitar hərəkət olduğundan qürur duyduğunu söyləyib.
Ravdanın atası da öz növbəsində fonda təşəkkürünü bildirib. /maide.az/
Teqlər: iqna ، bƏƏ ، afrika ، uqanda ، məscid
captcha