İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq xalqı və Həşduş-Şəəbi üzvləri Şəhid General-Leytenant Qasim Süleymani və Əbu Mehdi Mühəndisin şəhadətinin qırxıncı günü münasibəti ilə milyonluq mərasim keçirəcək.
Sabah, Cümə günü, 14 Fevral 2020-ci il, İraqda müqavimət şəhidləri General-Leytenant Qasim Süleymani və Əbu Mehdi Mühəndis və silahdaşlarının 40 mərasimi keçiriləcək.
Mərasim yerli vaxtla saat 8:00-da Nəcəf şəhərinin Vadis-Səlam qəbiristanlığında şəhidlərin məzarı üstündə təşkil ediləcək.
İraqın müqavimət gücləri və Həşduş-Şəəbi (xalq könüllələri) təşkilatı xalqı bu mərasimdə iştirak etməyə dəvət edib və əhalinin mərasimə qatılması üçün lazım olan imkanları yaradıb.