IQNA

9:44 - February 18, 2020
Xəbər sayı: 3486708
Tehran (IQNA) -  Bəhreynin Baş Prokurorluğu ötən gün (16 Fevral 2020) siyasi fəaliyyətinin araşdırılması üçün 11 yaşlı uşağın həbsi barədə göstəriş verib.

"əl-Aləm"in verdiyi məlumatda deyilir ki, bu göstərişə əsasən Bəhreynli 11 yaşlı uşaq Əmin Rza bir həftə müddətində azadlıq məhrum edilib.

İbtisam Saiğ adlı Bəhreyni insan haqları aktivisti bu barədə öz sosial şəbəkə hesabında yazıb: Bu uşaq siyasi fəaliyyətinin yoxlanılması üçün bir həftəlik həbs edilib.

O əlavə edib: 11 yaşlı bəhreynli uşaq Ali-Xəlifə rejimi əleyhinə 14 Fevralda başlanan xalq qiyamının 9-cu il dönümü yürüşündə iştirak etdiyinə görə həbs edilib.

Bəhreynin insan haqları fəalları bildiriblər ki, Fevral ayının 13 və 14-də Ali-Xəlifə rejiminin cinayətlərinə qarşı keçirilən etiraz yürüşlərində 13 nəfər həbs edilib. Onlardan bir neçəsi uşaq və azyaşlıdır.

3879543

Ad:
E-poçt:
* Comment: