IQNA

10:53 - February 18, 2020
Xəbər sayı: 3486709
Tehran (IQNA) - İran İslam Respublikası parlamentinin sədri Əli Laricani Livanın İslami Müqavimət Hərəkatının və HİZBULLAH təşkilatının Baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.

"əl-Mənar" peyk televiziyasının verdiyi xəbərə görə, İran İslam Respublikası parlamentinin sədri Əli Laricani Livanın İslami Müqavimət Hərəkatının və HİZBULLAH təşkilatının Baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.

Görüşdə iştirak edən İranın Beyrutdakı səfiri Məhəmməd Cəlal Firuzniyanın mətbuata verdiyi açıqlamaya görə tərəflər regional vəziyyəti və Livanın iqtisadi durumunu müzakirə ediblər.

Xatırladaq ki, Dəməşqdə Bəşər Əsədlə görüşən Əli Laricani dünən Beyruta gəlib. Onun Livan prezidenti Mişel Aunla görüşü gözlənilir.

3879521

 

Ad:
E-poçt:
* Comment: