IQNA

22:38 - February 19, 2020
Xəbər sayı: 3486713
Tehran (IQNA) - Əfqanıstanın Herat vilayətində NATO qüvvələrinə aid pilotsuz uçan aparat vasitəsilə içində mülki vətəndaşların olduğu nəqliyyat vasitəsi hədəfə alınıb.

Bu barədə Herat Şura rəsmisi Mehdi Hədid açıqlama verib. Hadisə Heratın Köşki Rubatsangi rayonunun Köşke Kuhna bölgəsində olub.

Hədid hücum nəticəsində 8-i uşaq olmaqla 11 dinc sakinin həyatını itirdiyini bildirib. Herat vilayəti rəsmisi Ceylani Farhad isə hücumda 3 "Taliban" üzvünün öldürüldüyünü, mülki vətandaşların ölümü ilə əlaqədar araşdırılma aparıldığını diqqətə çatdırıb.

Hücumda həyatını itirənlərin yaxınlarından Əli Can isə vurulan nəqliyyat vasitəsində heç bir terror təşkilatı üzvünün olmadığını deyib.

Qeyd edək ki, Herat vilayətində NATO tərkibində xidmət edən ABŞ hərbi bazası var.  /eastnews.org/

Teqlər: NATO ، Əfqanıstan ، Herat
Ad:
E-poçt:
* Comment: