Tehran (IQNA) - Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.

Yunanıstanın paytaxtı Afinanın Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır. İstifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da məlumatda əks olunub.
Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.