IQNA

21:18 - February 27, 2020
Xəbər sayı: 3486771
Tehran (IQNA) - Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda və yeni vətəndaşlıq qanununa etiraz yürüşlərində ölənlərin sayı 34-ə çatıb və yaralıların sayı 250-dən çoxdur.

Tehran (IQNA) - Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda və yeni vətəndaşlıq qanununa etiraz yürüşlərində ölənlərin sayı 34-ə çatıb və yaralıların sayı 250-dən çoxdur.
Xatırladaq ki, paytaxtda fevralın 24-dən yeni vətəndaşlıq qanununun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verir.
Qeyd edək ki, vətəndaşlıq haqqında yeni qanun ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub. Qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Lakin bu, müsəlmanlara şamil edilmir. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub.Bu səbəbdən ötən ilin dekabr ayından bəri ölkə daxilində tez-tez etiraz aksiyaları keçirilir.
Hindistanın Kargil əyaləti, Lakhnau şəhərindən olan Əhli-beyt ardıcılları günorta namazından sonra etiraz aksiyası keçirib. Aksiya iştirakçıları  Donald Trampın səfərinə etiraz edib.  
Etirazçılar D.Tramp hərbi cinayətkar olduğunu bildirib və  onun Hindistanda səfərinin pis məqsədlərə xidmət etdiyini bildirib. " Tramp Hindistana dostluq münasibətləri üçün deyil, ölkədəki qarşıdan gələn seçkilərə müdaxilə etmək üçün səfər edir və səfəri Hindistana heç bir fayda gətirməyəcəkdir."
 

ادامه ناآرامی‌ها در مناطق مسلمان‌نشین هند + عکس

ادامه ناآرامی‌ها در مناطق مسلمان‌نشین هند + عکس

Ad:
E-poçt:
* Comment:
* captcha: