IQNA

11:30 - February 28, 2020
Xəbər sayı: 3486777
Tehran (IQNA) - Hindistanın paytaxtı Nyu Dehlidə ixtişaşçı kütlə məscidə hücum edib. Şəhərin şimal şərqində yerləşən Aşok Naqar rayonundaki məscidə hücum edənlər minarəyə dırmaşıb səsötürücünü kəsiblər.

Sonra hinduizm məbədlərindəki bayrağı qaldırıb “Cay şri ram” (Cənab rama sevin) sədaları ilə məscidi yandırıblar. 

Yerli müşahidəçilər bildirir ki, Hindistanda məscidə hücum halları intensivləşib.

Bu da ona görə baş verir ki, bu şəxslər barədə qanuni tədbir görülmür, onları məhkəməyə çıxarmırlar.
Ekspertlər xatırladırlar ki, 1992-ci il dekabrın 6-da minlərlə ekstremist hinduizm tərəfdarı, fəalları və liderləri, hansı ki hakim partiya olan Bharatiya Canata iləəlaqəli idilər, hücum edərək Uttar Pradeş ştatınnı Ayodxya şəhərində yerləşən və XVI əsrə aid olan məscidi dağıtmışdılar.
Həmin vaxt polis 68 nəfəri göz altına almışdı. Onların içərisində hinduizmin tanınmış nümayəndələri də vardı. Lakin bu günə qədər onların heç biri həbs edilməyib və layiqi cəzalarını almayıblar.
Hindistan Ali məhkəməsinin hakimi Eteşam Haşmi bildirib ki, cinayətkarların cəzasız qalmaqları rəvac verir ki, müsəlmanların ibadət yerlərinə yeni hücumlar edilsin- “Onlar əmindirlər ki bu vəhşilikdən sonra hind cəmiyyətindən dəstək alacaq və liderə çevriləcəklər. Hakimiyyət və qanun onlara heç bir cəza verməyəcək”.
Qeyd edək ki, Hindistanda vətəndaşlıq haqqında qanuna dəyişikliklər edilib. Qanuna görə buddistlər, saklar, caynlar, xaçpərəstlər, hindular müəyyən şərtlər çərçivəsində bu ölkəyə köçə və vətəndaşlıq ala bilərlər.
 
Lakin bu sənəd müsəlmanlar üçün belə yaşıl işıq yandırrmır.Bu da ölkədə yaşayan 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaşa çevirir və ya onları ölkədən çıxmağa vadar edir.
 
Vətəndaşlıq haqqında qanuna edilən bu düzəlişdən sonra, hakimiyyət müsəlmanları hər hansı bir bəhanə ilə həbs və sürgün edə bilir. Bu da dünyanın bir çox ölkələrində narahatçılıq yaratmış və etirazaəsəbəb olmuşdur.
Ad:
E-poçt:
* Comment:
* captcha: