IQNA

Həşduş-Şəbi İŞİD-i təmizləmək üçün İraqda daha bir əməliyyata başladı

23:33 - February 29, 2020
Xəbər sayı: 3486785
Tehran (IQNA) - İraqın Əl-Həşduş Şəbi təşkilatı Ənbar əyalətinin qərbində İŞİD-in fəaliyyət göstərdiyi bölgələri təmizləmək üçün “Qadat Ən-Nasr” əməliyyatına başlayıb.

"əl-ĞədPress" informasiya portalının məlumatına əsasən, İraqın Əl-Həşduş Şəbi təşkilatı Ənbar əyalətinin qərbində İŞİD-in fəaliyyət göstərdiyi bölgələri təmizləmək üçün “Qadat Ən-Nasr” əməliyyatına başlayıb.

Əməliyyatın komandiri Qasim Musliəh, əməliyyatın 4 briqada (13, 17-19) və Əl-Həşduş Şəbi təşkilatının katibliyinin dəstəyi ilə başladıldığını söyləyib.

Məlumata görə, İŞİD terrorçuları çətin ərazilərdə yerləşir və xaricdən dəstəklənir.

O, əlavə etdi ki, ordu təyyarələrinin köməyi ilə iki günlük nəzarət missiyasından sonra, bəzi hərbi hədəfləri müəyyən edib.

3881950

captcha