IQNA

Hindistanda böyük demokratiya problemi; Yeni vətəndaşlıq qanunu

23:10 - March 02, 2020
Xəbər sayı: 3486802
Tehran (IQNA) -  Hindistanın demokratik bir ölkə kimi siyasi həyatı cəmiyyət müxtəlifliyinə və əhali çoxluğuna görə müasir tarixin siyasi möcüzəsidir.

Siyasi elmlər üzrə mütəxəssislər bu ölkənin dünya demokratiyasının ən böyük beşiyi hesab edirlər. Buna baxmayaraq yeni vətəndaşlıq qanunu 72 millətin yaşadığı bu ölkəni böyük bir problemlə üzləşdirib.

Vətəndaşların yeni vətəndaşlıq qanunu əleyhinə etirazları ölkənin konstitusiyanı müxaliflərin əsas komponentində çevirmişdir.

Etiraz aksiyalarında ana qanuna əsaslanmış  vətənpərvərlik simvolları, o cümlədən milli bayraq və milli himndən istifadə edilir. Bu isə o deməkdir yeni vətəndaşlıq qanunu və vətəndaşların milli qeydə alınma layihəsi (NRC) Hindistanın möhkəmləndiyi ana sütunları titrədə bilər.  

قانون جدید شهروندی؛ چالش بزرگ دموکراسی در هند

Bu etiraz aksiyaları Hindistanın şərq əyalətlərindən, xüsusi ilə də Asam vilayətindən başlayıb. Hindistan müsəlmanları və şimal-şərq vilayətlərində yaşayanların etiraz yürüşləri "həyatda qala bilmək" hədəfi ilə keçirilir. Amma ölkənin elm əhli, mədəni cəmiyyəti və tələbələrinin etiraz aksiyaları daha çox ideolojidir.

قانون جدید شهروندی؛ چالش بزرگ دموکراسی در هند

Hindistanın üç qonşu ölkənin təkcə qeyri-müsəlman miqrantlarına vətəndaşlıq hüququ verən yeni qanun layihəsi "müsəlmanlar ikinci dərəcəli vətəndaşdırlar" mənasına yozulur. Bu məsələ də müsəlmanların haqlı narahatçılığına səbəb olur. Bu qanuna təkcə müsəlmanlar deyil, hətta sikh, hindu və xtistianlardan da etiraz edənlər var.

Keçən həftədən yeni qanun əleyhinə etiraz edən müsəlmanlar və müxaliflərin də əleyhinə radikal hindular tərəfindən yürüşlər keçirilməyə başladı. Bu fitnəni Hindistanın hakim partiyasının üzvü Kapil Mişra "polis qanun əleyhinə etirazları yatızdıra bilməsə, mən və tərəfdarlarım bu məsələyə çarə qılacayı" deməsi alovlandırdı. Onun bu çıxışından bir neçə saat sonra onun vəhşi və radikal tərəfdarları müsəlmanlara hücum etməyə başladılar.

Son bir neçə gün ərzində müsəlmanların evləri, dükanları və ibadət ocaqları yandırıldı, müqəddəslərinə hörmətsizlik edildi, onlarla insan yaralandı və ən azı 39 nəfər müsəlman vəhşicəsinə öldürüldü.

3882645

 

 

captcha