IQNA

Darul-Fətava Türkiyənin Suriyaya təcavüzünü məhkum etdi

23:54 - March 03, 2020
Xəbər sayı: 3486820
Tehran (IQNA) -  Misrin Darul-Fətava idarəsi Türkəyənin Suriyaya torpaqlarına təcavüzkar hücum etməsini və İdlibdə hərbi əməliyyatlar keçirməsini məhkum edib.

Misrin Daru-Fətava idarəsinin "təkfirçi fətvalar və radikal çıxışlara nəzarət mərkəzi" Türkiyənin Suriyanın şimalına soxulmasını və Türkiyəni Ərəb torpaqlarına tamah salmasını və həmçinin Osmanlı imperiyasını qaytarmaq xülyası ilə təcavüzkarlıq etməsini pisləyib.

Darul-Fətavanın bəyaniyyəsində deyilir: Türkiyə hələ də Orta Şərqdə Osmanlı imperiyası yaratmaq üçün "ixvanul-müslimin"ə söykənir. Türkiyə "ixvanul-müslimin"in beşinci sütunu vasitəsi ilə Misrdə iğtişaş yaratmaq proqramında məğlubiyyətə uğradıqdan sonra Suriya və Liviyada əl-Qaidə, İŞİD və İxvanul-Müslimin kimi terrorist qruplaşmalarının qalıqlarından öz maraqları üçün yeni terrorçu dəstələr yaradıb və onlardan Ərəb regionunda istifadə edir.    

Misrin Darul-Fətava idarəsi bəyaniyyəsində beynəlxalq cəmiyyətdən Suriyada hərbi əməliyyatları dayandırması üçün Türkiyəyə təzyiq göstərilməsini istəyib.

3882921

Teqlər: misr ، suriya ، türkiyə ، darul-fətava
captcha