IQNA

16:34 - March 04, 2020
Xəbər sayı: 3486830
Tehran (IQNA) -  Misrdə 77 yaşlı qoca nənə Süad Əbdülqadir iki il müddətində Qurani-Kərimi kitabət etməyə müvəffəq olub.

"Misrin Səhəri" informasiya portalının verdiyi xəbərə görə, 77 yaşlı Süad nənə Misrin İskəndiyyə şəhərində yaşayır.

Sosiaş şəbəkə fəalları Quran kitabət edən bu yaşlı xanımın fotolarını kitabət edərkən paylaşıblar.

Süad nənə hər gün Sübh namazından sonra Qurani-Kərimi kitabət etməyə (üzündən yazmağa) başlayarmış. O bu işi gün ərzində 8 saat davam etdirərək bütün Quranı iki il ərzində yaza bilib.

Onun bu işi nəvəsi tərəfindən sosial şəbəkələrdə, o cümlədən "facebook"da işıqlandırılıb.

Süad nənənin nəvəsi deyib: Nənəm yazmaq və oxuamq bilmir. O bu işin öhdəsindən öz fitri istedadı ilə gəlib.  

3882957

Ad:
E-poçt:
* Comment: