IQNA

Suriya işğalçı İsrail rejiminin iki raket hücumunu dəf edib

18:08 - March 05, 2020
Xəbər sayı: 3486833
Tehran (IQNA) - Suriya Hava Hücumundan Müdafiə Qüvvələri işğalçı İsrail rejiminin Homs və Əl Quneitra əyalətlərinə hücumlarını dəf edib. Bu barədə yerli kütləvi informasiya vasitələri bildiriblər.
Suriya Hava Hücumundan Müdafiə Qüvvələri işğalçı İsrail rejiminin Homs və Əl Quneitra əyalətlərinə hücumlarını dəf edib. Bu barədə yerli kütləvi informasiya vasitələri bildiriblər.
Bildirilir ki, işğalçı rejim hərbi təyyarələri Livan hava məkanından uçaraq  Homs əyalətinə rakətlər endirib.  Suriya hava hücumundan müdafiə qüvvələri Homs əyalətinə atılan bütün raketləri endirməyə müvəffəq olub.
Öz növbəsində, SANA agentliyi Əl Quneitra əyalətində raket hücumunun dəf edilməsi barədə məlumat verib.
Bildirilib ki, hücumlar işğalçı İsrail rejim təyyarələri tərəfindən Livan hava məkanından və Qolan yüksəkliklərindən həyata keçirilib. 
Teqlər: suriya ، Homs ، Quneitra ، israil
captcha