IQNA

Putin və Ərdoğan İdlib ərazisində atəşkəs barədə razılığa gəlib

12:42 - March 06, 2020
Xəbər sayı: 3486841
Tehran (IQNA) - Putin və Ərdoğan Suriya ərazisində atəşkəs barədə razılığa gəlib. Bu gündən (6 Mart 2020) etibarən atəşkəs qüvvəyə minir.

Putin və Ərdoğan Suriya ərazisində atəşkəs barədə razılığa gəlib. Bu gündən (6 Mart 2020) etibarən atəşkəs qüvvəyə minir.

Bu barədəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuat konfransında məlumat verib.

"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən (6 Mart 2020) etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək.", - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib ki, Suriya silahlı qüvvələri tərəfindən edilən hər bir hücuma cavab vermək haqqımız var.
Martın 15-dən "M4" magistral yolunda birgə patrul həyata keçiriləcək.
captcha