IQNA

NÜCƏBA Taci hərbi bazasının raketlə vurulmasına münasibət bildirib

7:17 - March 13, 2020
Xəbər sayı: 3486895
Tehran (IQNA) -  İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatı amerikalı hərbiçilərin hərbi bazasının vurulmasına münasibət bildirib.

İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının sözçüsü Nəsr Şəmri ötən gün (12 Mart 2020) Amerika hərbiçilərinin yerləşdiyi ət-Taci hərbi bazanın vurulmasını qınayanlara etiraz edib.

O deyib: Siz parlamentin ölkədən çıxarılması barədə qərar verdiyi işğalçı və təcavüzkarların ölməsini qınayırsınız. Halbuki onların Əbu Mehdi Mühəndis, Qasim Süleymani kimi böyük komandirlərin və vətən müdafiəçilərimizi terrorla şəhid etmələri kimi cinayətlərinin qarşısında sakit dayanmısınız. Onlar bu cinayətləri ilə bütün milli və beynəlxalq dəyərləri ayaq altına alıblar.  

O, İraqın işğalçı hərbiçilər üçün təhlükəli olmasından xoşhal olduğunu bildirərək vurğulayıb: Afərin olsun o əməliyyata ki, əyninə "milliyyətçilik libası" geyinmiş sizin kimi xain muzdurları rüsvay etdi.

Qeyd edək ki, Mart ayının 11-də Amerikalı hərbiçilərin yerləşdiyi Taci hərbi bazası naməlum qüvvələr tərəfindən katyuşa atəşinə tutulub. Bu hücumda 4 xarici terrorist məhv edilib və on nəfərdən çoxu yaralanıb.   

3884989

captcha