IQNA

23:14 - March 14, 2020
Xəbər sayı: 3486911
Tehran (IQNA) -  İndoneziyanın Dini İşlər Naziri Fərxul Razi tabeliyində olan nazirliyinin Quran çapını çoxaldacağını məlumat verib.

İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri Mərkəzinin IQNA-ya verdiyi məlumata görə, İndoneziyanın Dini İşlər Naziri Fərxul Razi bu ölkənin Bugur şəhərindəki Quran çapı mərkəzinə baxış keçirərkən Quran çapı sayının çoxaldılacağını deyib.

İndoneziyanın Dini İşlər Naziri Fərxul Razi həmin mərkəzdə çap prosesi ilə yaxından tanış olub, çapın keyfiyyətini və lazım olan yerlərə göndərilməsi işlərini kontrol edib.

2019-cu ildə Quran çapı 1 milyon nüsxəyə çatıb. Amma İndoneziyanın əhali sayı və məscidlərinə görə bu rəqəm çox aşağıdır.

İndoneziyanın Dini İşlər Naziri Fərxul Razi gələcəkdə yeni texniki avadanlıqların quraşdırılması və kağız alınması ilə bu işin sürətli həyatına keçiriləcəyini xəbər verib.

3885257

Ad:
E-poçt:
* Comment: