IQNA

Martın 15-i "İslamofobiya ilə beynəlxalq mübarizə günü" adlansın

15:27 - March 16, 2020
Xəbər sayı: 3486923
Tehran (IQNA) – "İslamofobiya Monitorinq Mərkəzi" Martın 15-inin "İslamofobiya ilə beynəlxalq mübarizə günü"  adlanması və hər il bu tarixdə İslamofobiyaya qarşı tədbirlərin keçirilməsini təklif edib.

Misrin Darul-Fətava İdarəsinin nəzdində fəaliyyət göstərən "İslamofobiya Monitorinq Mərkəzi" Mart ayının 15-inin "İslamofobiya ilə beynəlxalq mübarizə günü"  adlanmasını və hər il bu tarixdə İslamofobiya qurbanlarının yad edilməsini və İslamofobiyaya qarşı tədbirlərin keçirilməsini təklif edib.
Misrin "əl-Vətən" qəzetinin məlumatına görə, Misrin Darul-Fətava İdarəsi bəyaniyyə yayaraq keçən il (2019) Mart ayının 15-də Yeni Zelandiyanın iki məscidində müsəlmanların terror edilməsini qınayıb, 51 müsəlmanı qətliamı ilə nəticələnən bu hadisənin Qərb ölkələrində ağdərili "işidsifət" terrorçuların həqiqi simasını göstərdiyini deyib və millətlərin bu hadisədən dərs və ibrət almalarını tövsiyə edib.  
Misrin Darul-Fətava İdarəsinin nəzdində fəaliyyət göstərən "İslamofobiya Monitorinq Mərkəzi" Yeni Zelandiyada müsəlmanların Mart ayının 15-də vəhşicəsinə qətliam edilməsini önə çəkərək bu günün "İslamofobiya ilə mübarizə günü" adlanmasını istəyib.
3885689

captcha