IQNA

0:59 - March 19, 2020
Xəbər sayı: 3486938
Tehran (IQNA) -  Fələstin Muxtariyyəti Təşkilatının baş katibi və FƏTH hərəkatının mərkəzi komitəsinin sabiq üzvü Təyyib Əbdürrəhim vəfat etdi.

Fələstin Muxtariyyəti Təşkilatının baş katibi və FƏTH hərəkatının mərkəzi komitəsinin sabiq üzvü Təyyib Əbdürrəhim vəfat etdi.

Fələstinin "əl-Hədəs" qəzetinin verdiyi xəbərə görə, Fələstin Muxtariyyəti Təşkilatının baş katibi və FƏTH hərəkatının mərkəzi komitəsinin sabiq üzvü Təyyib Əbdürrəhim ötən gün, 18 Mart 2020-ci il, 76 yaşında ikən vəfat edib.

Təyyib Əbdürrəhim 1944-cü ildə Fələstinin Ənbəta rayonunda anadan olmuşdu. O, Fələstinin mübariz şairi Əbdürrəhim Məhmudun oğludur.

Atası işğal edilmiş ərazilərdəki "Şəcərə" kəndinin müdafiəsi zamanı sionistlər tərəfindən şəhid edilmişdi.

Təyyib Əbdürrəhim Qahirənin İqtisadiyyat universitetinin məzunudur.

Qahirədə Fələstinli Tələbələr Birliyinin rəisi olub.

O, 1965-ci ildə FƏTƏH hərəkatına qoşulan ilk şəxslərdəndir.

Təyyib Əbdürrəhim Fələstin Muxtariyyəti Təşkilatının sabiq rəisi Yasir Ərəfatın şagirdlərindən sayılır.

3886276

Ad:
E-poçt:
* Comment: