IQNA

9:11 - March 20, 2020
Xəbər sayı: 3486942
Tehran (IQNA) - İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei Novruz bayramını və yeni Günəş ilinin (1399 Hicri-Şəmsi) başlanmasını dünya müsəlmanlarına təbrik deyib.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei ilk öncə  İmam Kazimin (ə) şəhadəti  münasibətilə Əhli-beyt (ə) ardıcıllarına başsağlığı verib və daha sonra Novruz bayramı və Yeni il münasibətilə bu bayramı qeyd edən bütün xalqları, xüsusilə, İran xalqını, şəhid ailələrini, qaziləri, yeniyetmələri və gəncləri təbrik edib.

Ayətullah Xamenei Yeni ilin şad, şirin və xeyir-bərəkətli olmasını arzu edərək, yeni günəş ilini “istehsalda sıçrayış” ili adlandırıb.

Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei həmçinin ötən il şəhid olan şəxslərin xüsusilə  şəhid general Süleymani,  şəhid  Əbu Mehdi  Əl-Mühəndis və onlarla birgə şəhid olan şəxslərin,  Kirmanda baş verən hadisədə həyatını itirənlərin,  təyyarə qəzası qurbanlarının və  koronavirusla mübarizədə şəhid olan şəxslərin ailələrinə başsağlığı verib. 

Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei təbrik mesajına deyib:

“Ötən il sel ilə başladı və  koronavirusla sona çatdı.  İl ərzində  çoxlu hadisələr o cümlədən  zəlzələ, sanksiyalar baş verdi. 

Lakin  bu  hadisələrin zirvəsi  ABŞ-ın terror cinayəti və İran və İslamın sərdarı olan şəhid Süleymaninin  terror edilməsi və şəhadəti oldu.

Ötən il ağır il idi və xalq bəzi problemlərlə üzləşdi.  Lakin bütün çətinliklərin yanında  misli görünməmiş  bəzi  başıucalıq gətirən hadisələr də baş verdi və İran xalqı çox yaxşı  və parlaq nümunələr göstərdi.

İlin əvvəlində seldən əziyyət çəkən bölgələrə yardım üçün bütün ölkə vətəndaşlarının səfərbər olması buna gözəl nümunədir. 

Şəhid Süleymaninin terrorundan sonra onun dəfn mərasimində xalqın milyonluq  və həyacanlı iştirakı.

Tehran, Qum, Əhvaz,  İsfahan, Məşhəd və Kirmanda əzəmətli toplantısı dünyada və ölkəmizin tarixində  misilsiz bir toplantı idi. 

Bu ölkənin imicinin,  xalqın başıucalığı və izzətinin  göstəricisi oldu. Ötən ilin parlaq nümunələrindən biri də xalqın  koronavirus məsələsində  bəyənilən və gözəgəlimli fədakarlıq göstərməsi idi. 

Tibbi personal  yəni həkimlər,  tibb bacıları,  xidmətçilər,  xəstəxana işçiləri və rəhbərliyi, könüllü qrupların üzvləri o cümlədən dini hövzə və universitet tələbələri,  bəsic qüvvələri və digər şəxslərin  gördüyü işlər  qürurverici idi.”

Dünya müsəlmanlarının ali məqamlı rəhbəri Ayətullah Üzma Xamenei son günlər  ölkə vətəndaşları tərəfindən epidemiya ilə mübarizədə göstərilən əməkdaşlıq və yardımlardan danışıb:

“Onların  sağlamlıq məhsullarının istehsalı və paylanması,  küçələrin dezinfeksiya edilməsi,  yaşlı şəxslərə yardımlar,  icarə haqlarının alınmaması və bağışlanması, eləcə də  borcların  geri alınmasının təxirə salınması kimi addımları təqdirə layiqdir. 

İran xalqı  ağır günlərdə  öz üstünlüyü və gözəlliyini göstərib.  Mən səmimi qəlbdən  bütün bu fəaliyyətlərə görə insanlara təşəkkür edirəm və onlara bu işlərinə görə Allahın mükafat verəcəyi müjdəsini verirəm.

Ötən il çox ağır imtahanlar oldu.  Heç bir xalq rahatlıqla və rifahla hansısa nailiyyəti əldə edə bilmir. 

Bütün çətinliklərə sinə gəlmək və ruh yüksəkliyi ilə onları geridə qoymaq bir xalqın  güclənməsinə və etibarının artmasına səbəb olur.  Necə ki, İran xalqı  indiyədək bu formada problemlərə qələbə çalıb və bundan sonrada bu belə olacaq.”

Ayətullah Xamenei Allahdan qarşıdan gələn ildə İran xalqı üçün  böyük qələbələr diləyib və bildirib: “Xalq necə ki,  uzun illər qorxmazcasına  və ruh yüksəkliyi ilə  hadisələrlə üzləşib, bundan sonra da hər hansı bir hadisə baş verdikdə öz  ruh yüksəkliyi və ümidlərini qoruyub saxlasınlar.  Əmin olsunlar ki,  bu acılar sona çatacaq və  İran xalqı üçün asanlıq baş verəcək.  “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 6-cı ayə).”

Ayətullah Xamenei  ölkədə müxtəlif sahələrdə  o cümlədən elmi, təhqiqat,  ictimai və digər sahələrdə  iş və çalışmaların davam etdiyini bildirib və qeyd edib ki,  Allah-Taala  bütün bu səylərə bərəkət verəcək və xalqımız bu keçiddən  sağlamlıq və başıucalıqla keçəcək.

İstehsalın çiçəklənməsi ilə bağlı ötən il görülən işlərdən danışan Ayətullah Xamenei təqdim olunmuş hesabatlara əsasən bildirib ki, ötən  il tətil olmuş bəzi zavodlar yenidən fəaliyyətə başladı,  bəzi sahələrdə itehsal artdı,  özünü təmin etmə şirkətlərinin gəlirləri artdı,  istehsal sahəsində təhqiqat və araşdırmalar sahəsində ciddi  addımlar atıldı.

“Bu hesabatlar  göstərir ki,  ötən il  İstehsalın çiçəklənməsi sahəsində  işlər görülüb və istehsal prosesi az bir həddə  yola düşüb ,lakin bu xalqın yaşayışında hələ hiss olunmur. 

Bu işlər o qədər  artırılmalıdır ki,  istehsal o qədər çoxalmalıdır ki, xalqın güzəranında təsiri olmuş olsun. 

Ölkənin iqtisadi  problemləri müxtəlifdir o cümlədən  bank islahatları,  gömrük və vergi  islahatları,  iş mühitinin yaxşılaşdırılması  lakin istehsalın rolu iqtisadiyyatda misilsizdir. 

İstehsal yola düşərsə ölkə daxilində 80 milyonluq  satış bazarı və  digər ölkələrə satış,  əminliklə deyə bilərəm ki, iqtisadi problemləri həll edər və sanksiyaların təsirini  ölkənin xeyrinə  dəyişər. 

Sanksiyaların indiyədək verdiyi ziyanla yanaşı  bəzi xeyiri də olub.  Bizi  yaşamaq üçün lazım olan şeylərin hazırlanmasına və ölkənin ehtiyaclarını ölkə daxilindən təmin etməyə sövq edib.  Bu çox dəyərli bir fürsətdir və  davam etdirilməlidir.”

Qarşdan gələn ili  “istehsalda sıçrayış” ili adlandıran Ayətullah Xamenei  məsul şəxslərə tövsiyə edib ki, elə etsinlər ki,  istehsalda yaranmış sıçrayış xalqın yaşayışının yaxşılaşdrılmasında təsiri olsun.

“Əlbətdə  bu hədəfə çatmaq üçün proqram hazırlanmaıldır və bu proqramın hazırlanmasında  büdcə təşkilatı, parlament, təhqiqat mərkəzləri,  Məhkəmə Sistemi və digər aidiyyatı qruplar,  fəal və ixtiraçı gənclər yaxından iştirak etməlidir.” 

Ayətullah Xamenei sonda  Məbəs bayramı və Novruz bayramı münasibətilə bu bayramı keçirən bütün xalqları bir daha təbrik edib və  insanlara  öz mənəviyyatlarını artırmağa diqqət etməyi tövsiyə edib.  

 

Ad:
E-poçt:
* Comment: