IQNA

15:33 - March 24, 2020
Xəbər sayı: 3486951
BMT-nin baş katibi müharibə bölgələri xüsusiyyət təşkil etməklə koronavirus pandemiyası ilə mübarizə üçün bütün dünyada bütün döyüşlərin dərhal dayandırılmasını istəyib.

Quterreş koronavirusla mübarizə üçün ümumdünya atəşkəs elan edibSahartv-nin verdiyi məlumata görə, Antonio Quterreş dünən gecə bir mətbuat konfransında koronavirus pandemiyası ilə mübarizə üçün bütün dünyada bütün döyüşlərin dərhal dayandırılmasını istəyib, O deyib: Bütün dünyada baş verməkdə olan silahlı qarşıdurmalara məruz qalan insanlar tez zərər çəkə bilən təbəqələr arasındadırlar bu virusdan irəli gələn ən çox ölüm təhlükəsi məhz bu bölgələrdədir.

BMT-nin baş katibi bundan qabaq da xəbərdarlıq etmişdi ki, əgər koronavirusla mübarizədə və onun aradan qaldırılmasında xüsusən son dərəcə yoxsul ölkələrlə beynəlxalq birlik və həmrəylik mövcud olmazsa, milyonlarla insanın həyatı təhlükəyə düşmüş olacaqdır.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 190-dən çox ölkəyə də sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada təqribən 350 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 100 min nəfərdən çox insan sağalıb, azı 15 min nəfər isə vəfat edibdir.

Ad:
E-poçt:
* Comment: