IQNA

10:50 - March 27, 2020
Xəbər sayı: 3486961
BMT İnsan Hüquqları üzrə ali komissarı hökumətləri sürətlə genişlənən pandemiyanın nəzarət altına alınması tədbirləri çərçivəsində digər məhdud yerlərdə saxlanılan insanların sayını azaltmağa çağırıb.

Yazılı açıqlamada, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçlet hökumətləri sürətlə genişlənən pandemiyanın nəzarət altına alınması tədbirləri çərçivəsində həbsxanalarda və digər məhdud yerlərdə insanların sağlamlığı və təhlükəsizliyini qorumağa çağırıb.

Maide.Az xəbər verir ki, mövzuyla əlaqədar "Twitter"dən video mesaj paylaşan Baçelet, həbsxanadakı sıxlığın azaldılmasının vacibliyini vurğulayıb. Baçelet, epidemiyanın həbsxanaları və miqrasiya mərkəzlərini, qocalar evləri və psixiatrik xəstəxanaları da vurduğuna diqqət çəkib.
"Bir çox ölkələrdə istintaq təcridxanaları (həbsxanalar) çoxdur, bəzi hallarda təhlükəlidir" sözlərindən istifadə edən Baçelet, hökumətləri və müvafiq qurumları "həbsxanalardakı insanların sayını azaltmaq üçün təcili tədbirlər görməyə" çağırıb.
Baçelet, "Covid-19"un qarşısını almaq üçün qapalı müəssisələrə ziyarətlərin məhdudlaşdırıla biləcəyini, lakin bu cür tədbirlərin şəffaf şəkildə həyata keçirilməli olduğunu bildirib.
Ali Komissar görüşlərin qəfil dayandırılmasından qaynaqlanan çətinliklər və potensial təhlükəli vəziyyətlərə işarə edərək, bəzi ölkələrdə videokonferans zəngləri, ailə üzvləri ilə telefon zəngləri və e-poçt əlaqələrinə icazə vermək kimi alternativ tədbirləri gündəmə gətirib.
Ad:
E-poçt:
* Comment: