IQNA

11:18 - March 27, 2020
Xəbər sayı: 3486965
Tehran (IQNA) - Yeni Zelandiyanın Kristçurş şəhərindəki "Nur" və "Linvud" məscidlərinə silahlı hücumda 51 nəfərin ölümünə səbəb olan 49 nəfəri yaralayan terrorçu Tarranta bütün ittihamları qəbul edib.

Yeni Zelandiyanın Kristçurş şəhərindəki "Nur" və "Linvud" məscidlərinə silahlı hücumda 51 nəfərin ölümünə səbəb olan 49 nəfəri yaralayan terrorçu Brenton Tarranta bütün ittihamları qəbul edib.

Maide.Az xəbər verir ki, "Radio New Zelland"ın verdiyi məlumata görə, bu gün səhər Kristçurç Ali Məhkəməsində mühakimə olunan 29 yaşlı avstraliyalı terrorçu Brenton Tarrant 51 qətl, 40 cinayətə cəhd və 1 terror hücumu ilə bağlı bütün ittihamları qəbul edib.
Məhkəmədə Oklenddəki həbsxanadakı səsli vizual əlaqə vasitəsi ilə iştirak edən və sakitcə oturan terrorçu, iyulda başlamalı olan mühakimənin vəkilləri ilə birlikdə etdiyi müraciətə əsasən iyunun əvvəlində keçiriləcəyi açıqlanıb.
Terrorçu Tarrant əvvəllər törətdiyi cinayətləri qəbul etmirdi.
Xatırladaq ki, sözügedən terror aktı 15 mart 2019-cu il, cümə günü namaz vaxtı həyata keçirilib.
Ad:
E-poçt:
* Comment:
* captcha: