IQNA

Ərriyadda iki güclü partlayış səsi eşidilib

10:47 - March 29, 2020
Xəbər sayı: 3486974
Tehran (IQNA) - Səudiyyə mediaları bu gün səhər bu ölkənin paytaxtı Ərriyadda iki güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.

Səud mediaları iddia ediblər ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Ərriyadın üzərində iki ballistik raketin izinə düşüblər.

Bu məlumata görə, bir raket də Ərəbistanın cənubunda yerləşən Cizan bölgəsinin səmasında izlənilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü də bildiribdir ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Yəmən paytaxtına qarşı hava hücumu keçirmək niyyətində olan təcavüzkar səud koalisiyasının qırıcılarını qovubdur.

Səud koalisiyasının Yəmən xalq inqilabına qarşı savaşı dörd gün bundan öncə özünün altıncı ilinə daxil oldu. Ötən illər ərzində on minlərlə Yəmən vətəndaşı birbaşa və ya dolayısı ilə Ərriyadın və onun müttəfiqlərinin bu təcavüzkarlığının təsiri altında öz həyatını itiribdir.

3888080

Teqlər: riyaz ، partlayış ، cizan
captcha