IQNA

11:38 - April 02, 2020
Xəbər sayı: 3487003
Tehran (IQNA) - İraq keçmiş Baş naziri Adil Abdulmehdinin ABŞ Müdafiə naziri Mark Esperə fevralın 2-də yazdığı məktub sosial mediada yayımlanıb.
İraq-ABŞ münasibətlərinin əhəmiyyətini və bu münasibətləri bütün sahələrdə gücləndirməsini ifadə edərək məktubuna başlayan Abdulmehdi, ABŞ-ın İraqın qərbindəki "Ayn Əsəd" və Ərbildəki "Harir" Hərbi Bazasında yerləşdirmək istədiyi "Patriot" sistemi ilə əlaqədar aşağıdakı ifadələrdən istifadə edib.
"Bilirik ki, İraqa gətirmək istədiyiniz "Patriot" sistemi hücumlara qarşı müdafiə sistemidir. Ancaq bu, bölgənin və ABŞ-ın, xüsusən İraqın təhlükəsizlik vəziyyətinə təsir göstərir."
Abdulmehdi, "Patriot raket sisteminin qurulması məqsədi hücumdursa, qarşı tərəf də (Haşdi-Şabi qüvvələri nəzərdə tutulur) raket və raket kimi digər müdafiə sistemlərini inkişaf etdirirlər", - deyərək, bunun böhranı daha da dərinləşdirəcəyi və onu idarəolunmaz hala gətirəcəyi xəbərdarlığını edir.
Esperə yazdığı məktubda Abdulmehdi, ABŞ-ın qurmaq istədiyi "Patriot" sisteminin İraqdakı "Haşdi-Şabi" qüvvələrini hədəf alan İsrailə və ya İŞİD-ə qarşımı istifadə ediləcəyi ilə əlaqədar sual verərək, xarici güclərin ölkədən çıxarılması ilə bağlı parlament qərarının olduğunu xatırladır:
"Patriot sisteminin istifadəsi İraqdakı xarici qüvvələrin müdafiəsi kimi qəbul edilmir, əksinə (müharibəyə hazırlıq) qəbul edilir. Bu nə ABŞ-ın, nə də bölgənin və İraqın maraqlarına xidmət etmir və mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Sizdən Kabinet formalaşdırılana qədər bunu təxirə salmağınızı və ya təsdiq üçün parlamentə təqdim edilməsini xahiş edirik."
/maide.az/
Teqlər: iraq ، Eynul-Əsəd ، İrbil ، Patriot ، ABŞ ، baş naziri
Ad:
E-poçt:
* Comment:
* captcha: